İngiltərə

Bir məğlubiyyət, iki tarixi antirekord

Dekabrın 7-də İngiltərə çempionatının 15-ci turunda “Tottenhem” “Vest Hem”ə məğlub olub – 1:2.

Aut.az xəbər verir ki, “Squawka”nın məlumatına görə, “Spurs ” Premyer Liqa tarixində ardıcıl 5 matçda hesabı açsa da, heç birində qalib gələ bilməyən (1 heç-heçə və 4 məğlubiyyət) ilk komanda olub.

Bundan əlavə, londonlular bu mövsüm hesabda öndə olduqları oyunlarda 16 xal itirib. Bu, top-7 liqadakı bütün digər komandalardan çoxdur.

“Tottenhem” həm də Premyer Liqada hesabı açdıqları ardıcıl üç ev oyunda məğlub olan ilk komanda oldu.

Aut.az