İngiltərə

MY-nin yeni ulduzu kumirinin adını açıqladı: Xarakterlərimiz fərqli olsa da…

“Mançester Yunayted”in yeni transferi Benyamin Şeşko karyerasının əvvəlində nümunə götürdüyü hücumçunu açıqlayıb.

Aut.az xəbər verir ki, sloveniyalı futbolçu kumirinin “qırmızı şeytanlar”ın sabiq futbolçusu Zlatan İbrahimoviç olduğunu bildirib:

“Uşaqlığımdan etibarən İbrahimoviçi izləyirdim. “Youtube”-da onun haqqında tapıla biləcək bütün videoları izlədim. Mənim üçün o, inanılmazdır.

Xarakterlərimiz fərqli olsa da, onun oyununu və futboldan necə zövq aldığını izləmək xoşuma gəlir. Həmişə onunla görüşməyi arzulamışam. Deyə bilərəm ki, o, mənim idolumdur”.

Qeyd edək ki, “Mançester Yunayted” ötən həftə Şeşkonun transferini rəsmən açıqlayıb. Məlumata görə, bonuslarla birlikdə keçirdinin ümumi dəyəri 85 milyon avrodur.

Son iki il ərzində forvard “Leypsiq”də çıxış edib. Bu müddətdə o, bütün turnirlərdə 87 oyunda 39 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az