İngiltərə

Klopp xərçəngdən əziyyyət çəkən həmkarına səsləndi: Gəl mənim yerimə işlə

“Liverpul”un baş məşqçisi Yurgen Klopp xərçəng xəstəliyindən əziyyət çəkən isveçli mütəxəssis Sven-Qoran Eriksson haqqında danışıb.

Aut.az xəbər verir ki, alman çalışdırıcı təcrübəli həmkarının “mən həmişə mersisaydlıları dəstəkləmişəm və bu komandanın məşqçisi olmaq istəmişəm” sözlərinə də cavab verib:

“Aydındır ki, bu barədə eşidəndə çox təsirləndik. İlk dəfə idi ki, onun “Liverpul”a olan heyranlığını və ya sevgisini eşidirdim. Bütün həyatı boyu fanat olub.

Bircə onu deyə bilərəm ki, onun bura gəlməsi çox xoş qarşılanacaq. İstəsə, kabinetimdə mənim yerimdə oturub, işlərimi görə bilər. Problem deyil. Onu burada qəbul etmək və bu gözəl klubun illər ərzində necə inkişaf etdiyi barədə hər şeyi göstərmək, məncə, bu, onun üçün mütləq edəcəyimiz bir şeydir. O, gəlib burada gözəl saatlar keçirə bilər, əminəm”.

Qeyd edək ki, bu yaxınlarda 75 yaşlı isveçli mütəxəssis xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb. İngiltərə millisinin sabiq məşqçisinin sözlərinə görə, onun ən yaxşı halda bir il ömrü qalıb.