Türkiyə

“Beşiktaş” dan “Sivasspor”a

“Beşiktaş” yarımmüdafiəçi Kerem Atakan Kesgini icarəyə verib.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı futbolçunu “Sivasspor”a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk futbolçu 2023/2024 mövsümün ikinci yarısında “Sivasspor”un uğurları üçün çalışacaq.

Qeyd edək ki, Kerem Atakan Kesgin bu mövsüm “Beşiktaş”ın heyətində 6 rəsmi matçda meydana çıxıb.