“Adana Dəmirspor”u özbaşına tərk edən futbolçunu “Qalatasaray” istəyir
“Qalatasaray” Türkiyənin digər klubu “Adana Dəmirspor”dan özbaşına ayrılan seneqallı hücumçu M’Baye Nianqı transfer etmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “A Spor” məlumat yayıb.
Mənbənin məlumatına görə, 29 yaşlı futbolçu 4 aydır maaş almadığını deyərək “Adana Dəmirspor”dan ayrılıb. Rəhbərlik Nianqı komandanı icazəsiz tərk etdiyinə görə 175 min avro cərimələyib və futbolçudan FİFA-ya şikayət edib.
“Qalatasaray” Mauro İkardinin zədələnməsindən və Sedrik Bakambunun Afrika Millətlər Kubokuna getməsi səbəbindən M’Bayeni transfer etmək istədiyi bildirilir.
“Milan”ın sabiq futbolçusunun “Adana Dəmirspor”la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” internet portalı seneqallının bazar dəyərini 2,7 milyon avro olaraq qiymətləndirir.
Aut.az
