Türkiyə

“Beşiktaş” “Milan”ın və “Barselona”nın sabiq ulduzunu hədəfə aldı

“Əl-Əhli” klubunun yarımmüdafiəçisi Frank Kessyenin karyerasını Türkiyə Superliqasında davam etdirmək ehtimalı var.

Aut.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, 28 yaşlı fil dişi sahili futbolçusu ilə “Beşiktaş” maraqlanır. İstanbul təmsilçisi vaxtilə “Barselona” və “Milan”da çıxış etmiş Kessyeni transfer etmək imkanını dəyərləndirir.

Bildirilir ki, “Əl-Əhli” Kessyeni ya icarəyə verməyə, ya da sərfəli təklif olacağı halda satmağa hazırdır. O, Səudiyyə klubuna 2023-cü ilin yayında keçmişdi.

Ötən mövsüm Kessye 44 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” onun dəyərini 14 milyon avro olaraq qiymətləndirir.

Aut.az