Dünya çempionu qərarını verdi: “Beşiktaş”ın planı “suya düşdü”
Argentina millisi ilə dünya çempionu olan Anxel Di Maria 2024/25 mövsümündə “Benfika”da çıxış edəcək.
Aut.az xəbər verir ki, İyulun 1-də 36 yaşlı vingerin Lissabon klubu ilə müqaviləsi başa çatıb. Bununla belə, Di Maria “qartallar”la bir mövsümlük yeni müqavilə imzalayacaq. Bu barədə “A Bola” nəşri məlumat yayıb.
Artıq tərəflər əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Argentinalı Amerika kuboku başa çatdıqdan sonra müqaviləni rəsmən imzalayacaq.
Ulduz futbolçu ilə “Beşiktaş” və “Rosario Sentral”dan maraqlanırdı. Türkiyə kluibu ona yüksək məvacib belə təklif etməyə hazır idi.
Qeyd edək ki, ötən mövsüm Di Maria “Benfika”nın heyətində bütün turnirlərində 48 matçda 17 qol vurub və 15 məhsuldar ötürmə edib.
Aut.az
