Dünya futbolu

Qyökereşin yerinə onu transfer etdilər: 80 milyon qiymət qoydular

Lissabonun “Sportinq” klubu “Almeriya”nın hücumçusu Luis Suaresi transfer edib.

Aut.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıb. Sazişdə 80 milyon avroluq təzminat məbləği nəzərdə tutulub.

27 yaşlı kolumbiyalı futbolçu ötən mövsüm İspaniyanın ikinci liqasında 41 oyuna çıxaraq 27 qol vurub və 8 məhsuldar ötürmə edib.

Luis Suares daha əvvəl “Qranada”, “Saraqoza”, “Ximnastik” və digər klubların da formasını geyinib.

Qeyd edək ki, “Sportinq” onu 63 milyon avroya “Arsenal”a transfer edilən ulduz futbolçu Viktor Qyökereşin yerinə gətiriv.

Aut.az