Dünya çempionu qarət olundu
“Atletiko”nun və Argentina millisinin yarımmüdafiəçisi Anxel Korrea evində silahlı qarətin qurbanı olub.
Aut.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Cinayətkarlar dünya çempionunun evinə soxulublar. Hadisə zamanı futbolçu ailəsi ilə birlikdə evdə olub. Onları silahla hədələyib, pul və qızıl-zinət əşyalarını götürüblər.
Hazırda polis araşdırma aparır və cinayətkarları axtarır.
28 yaşlı Korrea 2015-ci ilin yanvarından “Atletiko”da çıxış edir. Bu mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə 23 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. O, Argentina millisi ilə DÇ-2022-nin qalibi olub.
