İspaniyaAlmaniya

“Real” onun özü ilə razılaşdı, qaldı…

“Real” “Bavariya”nın müdafiəçisi Alfonso Deyvis ilə şəxsi müqaviləni razılaşdırıb.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, sövdələşməni başa çatdırmaq üçün hələlik Münhen klubu ilə transferin qiymətini razılaşdırmaq lazımdır.

Bildirilir ki, “Real” rəhbərliyi sövdələşməni başa çatdırmağın sadə məsələ olduğuna inanmır. Madridliləri ümidləndirən odur ki, kanadalı “Bavariya”nın müqaviləni uzatmaq təklifini dəfələrlə rədd edib.

Bu da “kral klubu”na ümid verir ki, onu yayda transfer edə bilərlər.

Bu mövsüm müdafiəçi bütün turnirlərdə 27 matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Aut.az