Ukraynalı qapıçını “Real”da nəyə görə ələ salırmışlar?
Ukraynalı qapıçı Andrey Lunin “Real” karyerasının əvvəlində buts seçiminə görə komanda yoldaşları tərəfindən ələ salındığını xatırlayıb.
“O zaman hamının “Nike”, “Adidas”, “Puma” ilə müqavilələri var idi. Və elə o vaxt “Nike” ilə müqaviləm başa çatdı və mən bir neçə ay müqaviləsiz qaldım, müxtəlif butsları sınadım və nəhayət “Mizuno”da qərarlaşdım. Bir mövsüm üçün dörd cüt aldım.
Komanda yoldaşlarım məni ələ saldılar ki, mən bütün La Liqada ən pis butslara sahibəm. “Real”ın oyunçusu “Mizuno” butslarında oynaya bilməzdi.
Onları öz pulumla aldığıma görə də gülürdülər”, – Lunin bildirib.
Aut.az
