Onlarla bir saat nə söhbət edib?
Barselona”nın baş məşqçisi Xavi La Liqada “Qranada” ilə heç-heçədən (3:3) sonra futbolçularla uzun-uzadı söhbət edib.
Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, matçdan bir gün sonra kataloniyalılar bərpa məşqi keçirib, bundan sonra Xavi futbolçular və məşqçilər heyəti ilə bir saatlıq söhbət edib. Xavinin səhvləri müzakirə etmək əvəzinə futbolçuları ruhlandırmağa çalışdığı qeyd edilir. İspaniyalı mütəxəssis “Selta” və “Napoli” ilə səfər matçları öncəsi futbolçuların emosional dəstəyə ehtiyacı olduğunu düşünüb.
İddia edirlir kiki, “Barselona” Çempionlar Liqasında “Napoli” səddini keçə bilməsə, Xavi mövsümün sonunda deyil, daha erkən istefaya göndəriləcək.
