Azərbaycan futbolu

Kadi “Qarabağ” azarkeşlərinə səsləndi

“Qarabağ”ın futbolçusu Kadi Borges azarkeşlərə müraciət edib.

Aut az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kadi videomüraciətində bunları deyib:

“Salam, “Qarabağ” azarkeşləri! Kadi sizi salamlayır. Qarşıdakı oyuna gəlib bizi dəstəkləməyinizi gözləyirik. Çünki siz bizim üçün çox önəmlisiniz. Siz bizi stadiondan dəstəkləyəndə inanılmaz dərəcədə fərq hiss edirik. Oyuna gəlin, birlikdə qələbə qazanaq!”

Aprelin 19-da keçiriləcək “Qarabağ” – “Neftçi” oyununa saat 20:00-da start götürəcək.