11 yaşlı idmançıya cinsi təcavüz edən məşqçini hansı cəza gözləyir?
Cinayət hüquqşünası Maksim Kalinov fiqurlu konkisürən Veronika Jilinaya qarşı cinsi təcavüzdə təqsirli bilinərsə, məşqçi Sergey Rozanovun hansı cəza ilə üzləşəcəyini izah edib.
Aut.az xəbər verir ki, bundan əvvəl Jilina Rozanovun 11 yaşında olanda ona təcavüz etdiyini bildirib. İdmançının sözlərinə görə, məşqçi onun otağına gələrək ona masaj etməyi təklif edib.
“Mən təcrübəmdə belə hallara tez-tez rast gəlirəm. Əgər cinsi qısnamadan danışırıqsa (hesab edirəm ki, bizdə masaj bunu nəzərdə tutur), o zaman CM-nin 132-ci maddəsinin 4-cü hissəsi – “14 yaşına çatmamış şəxsə qarşı cinsi xarakterli hərəkətlər” işə düşür. Cəza 12 ildən 20 ilədəkdir”, – “Gazeta.ru” Kalinovun sözlərindən sitat gətirib.
Aut.az
