İspaniya

“Barselona” onun satıldığını açıqladı

“Barselona”nın hücumçusu Vitor Roke “Palmeyras”a keçib.

Aut.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

“Transfermarkt”ın məlumatına görə, Braziliya klubu 20 yaşlı futbolçu üçün 25 milyon avro ödəyib.

Forvard 2024/25 mövsümünün ilk hissəsini icarə əsasında “Betis”də keçirib və 33 matçda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.

Roke “Barselona”ya ötən ilin yanvarında 30 milyon avroya “Atletiko Paranaense”dən keçib. O, “mavi-qranatlılar”ın heyətində 16 oyun keçirib və 2 qol vurub.