İspaniya

Alvesə çatdı, qaldı Messi

La Liqanın 33-cü turu çərçivəsində keçirilən “Valensiya” ilə qarşılaşma (4:2) “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen üçün əlamətdar olub.

Aut.az xəbər verir ki, o, Kataloniya klubunun forması ilə 408-ci matçını keçirib. Bu göstəriciyə görə 32 yaşlı qolkiper əfsanəvi braziliyalı müdafiəçi Dani Alvesə çatıb.

Ter Ştegen və Alves hazırda əcnəbi futbolçular arasında “Barsa”dakı oyunların sayına görə iki və üçüncü yerləri bölüşürlər. Bu göstəricidə Lionel Messi liderdir – 778 matç.

Aut.az