“Barsa” bu 3 transferə yarım milyard xərcləyibmiş – Agent sirri açır
Braziliyalı futbol agenti Andre Kyuri hesab edir ki, “Barselona” Neymarın maaşını artırmalı və onun PSJ-yə keçidinin qarşısını almalı idi.
Aut.az xəbər verir ki, Kyuri həmin vaxt “Barsa”nın transferlərə nə qədər xərclədiyini də açıqlayıb:
“Dembele , Koutinyo və Qrizmann “ Barselona”ya 450 milyon avroya başa gəldi, Neymar isə 222 milyon avroya satıldı.
Bu üçünün komissiyalarını toplasanız, Neymarın məvacibini artırmaq daha məntiqli olardı. Onu dünyanın ən yüksək maaş alan oyunçusu etməli idilər.
Daha yaxşı olardı ki, Neymara “Nə qədər qazanırsan? 15? Mən sənə 30 verirəm, burada qalacaqsan” deyərdilər.
“Barselona” heç vaxt oyunçularını satmır və onlardan heç vaxt pul qazanmır.
Futbolçu yaxşı olanda ona uzunmüddətli müqavilə və maaş artımı verilir. Futbolçulara o qədər maaş verilirdi ki, heç biri pulsuz da olsa, getmək istəmirdi.
Pike, Xordi Alba, Buskets… Suares “Atletiko”ya keçdi və “Barsa” ona maaşının bir hissəsini ödədi. Onlar həmişəlik klubda qalmaq istəyirdilər”.
Aut.az
