İngiltərə

Sabiq “Yunayted”li Salah haqda: Kərpic divara dəyib

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi, hazırda ekspert kimi çalışan Qari Nevill “Liverpul”un vingeri Məhəmməd Salahın çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Nevill misirli futbolçunun hazırda çətin dönəm yaşadığını və vaxta ehtiyacının olduğunu bildirib.

“Son vaxtlar “Liverpul”un bir çox oyununda olmuşam və Salah əvvəlki səviyyəsində deyil. O, fantastik oyunçudur və hələ də belədir, lakin mersisayd derbisində öz elementindən kənarda idi. İlk hissədə topa toxunmadı. Düşünürəm ki, o, 30 dəqiqədən sonra təxminən beş-altı toxunuş etdi. O, oyunda deyildi, ortaqları onu oyuna qoşa bilmirdilər.

Salah sadəcə kərpic divara dəyib. Bu tip  oyunçular çox oynayırlar və bunu sabit şəkildə edirlər. Salah altı-yeddi ildir ki, daim oynayır. Sadəcə, bəzən elə bir vaxt olur ki, fasilə lazım olur”, – Nevil bildirib.

Xatırladaq ki, aprelin 24-də Premyer Liqanın 29-cu turunun matçında “Liverpul” səfərdə “Everton”a 0:2 hesabı ilə uduzub.

Aut.az