İngiltərə

Nəhənglərin təklifini rədd etdi: Tarix yazdığı klubda qalacaq

Şimali İrlandiyalı məşqçi Kyeran MakKenna “Mançester Yunayted”, “Çelsi” və “Brayton”un marağına baxmayaraq, “İpsviç”də qalmaqda və yeni uzunmüddətli müqavilə imzalamaqda qərarlıdır.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Bildirlir ki, “İpsviç Taun”un əsas səhmdarı Ed Şvarts klubun baş icraçı direktoru Mark Eşton və MakKenna ilə danışıqlar aparmaq üçün ötən  həftənin sonunda ABŞ-dan Böyük Britaniyaya yollanıb. O, baş məşqçini komandada qalmağa razı salıb.

Kyeran 2021-ci ilin dekabrında “İpsviç”in baş məşqçisi vəzifəsinə keçib. Çempionşipdə onun rəhbərlik etdiyi komanda ikinci yeri tutub və İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, mütəxəssis əvvəl “Mançester Yunayted”in məşqçilər korpusunda çalışıb və gənclər komandasına rəhbərlik edib.

Aut.az