İngiltərə

Futbolçular əmindirlər: Onu mövsümün sonunda qovacaqlar

“Mançester Yunayted”in bir sıra oyunçuları klubun yeni həmsahibi Cim Ratkliffin cari mövsüm bitdikdən sonra baş məşqçi Erik ten Haqla işləməyə davam etməyəcəyini düşünürlər.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

54 yaşlı mütəxəssis hələ də rəhbərliyin dəstəyini alır. Amma bəzi oyunçular “qırmızı şeytanlar”ın Premyer Liqadakı zəif nəticələri fonunda Ten Haqın məşqinin intensivliyindən narahatlıqlarını ifadə ediblər. Eyni zamanda mənbə hazırkı məşqçiyə rəğbət bəsləməyən futbolçuların adını çəkmir.

Xatırladaq ki, “Mançester Yunayted” hazırda ilk dördlükdən 11 xal geri qalaraq turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Aut.az