Modriç karyerasını nə vaxt bitirəcək? – Yaşıma baxmaq lazım deyil
“Real”ın yarımmüdafiəçisi Luka Modriçə karyerasını nə vaxt bitirəyi ilə bağlı sual ünvanlanıb.
Aut.az xəbər verir ki, xorvatiyalı futbolçunun cavabı belə olub:
“Nə vaxt təqaüdə çıxacağımı dəqiq deyə bilmərəm. Bu mənim hisslərimdən asılı olacaq. İndi özümü fiziki cəhətdən o qədər yaxşı hiss edirəm ki, elit səviyyədə çıxış etməyə davam edə biləcəyimə tam əminəm. Yaşıma baxmaq lazım deyil”.
Bu mövsüm Modriç bütün yarışlarda 44 matçda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.
Aut.az
