“Barselona”nın 2026-cı il planı: Onlardan birini transfer etmək istəyirlər
“Barselona” 2026-cı ilin yay transfer pəncərəsi üçün “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol və “İnter”in futbolçusu Alessandro Bastonini əsas transfer hədəfləri siyahısına daxil edib.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Bildirilir ki, Andreas Kristensenin müqaviləsi yayda başa çatır, Ronald Arauxo isə psixoloji problemlərlə üzləşir. Bu səbəbdən Kataloniya klubu müdafiə xəttini gücləndirməyi prioritet hesab edir.
“Barselona” rəhbərliyi maliyyə feyr-pleyi qaydaları çərçivəsində futbolçuları qeydiyyatdan keçirə biləcəyinə əmindir. Lakin həm Bastoni, həm də Qvardiol yüksək transfer məbləği tələb edə biləcək oyunçular kimi qiymətləndirilir.
Hər iki futbolçu Avropanın ən güclü mərkəz müdafiəçilərindən sayılır və klubları tərəfindən yüksək dəyərləndirilir. Onların topa nəzarət, texniki bacarıq və oyunu qurmaq keyfiyyətləri baş məşqçi Hansi Flikin oyun üslubuna da uyğun hesab olunur.
Aut.az
