“Roma” ondan qurtulmaq istəyir
“Roma” yay transfer pəncərəsi zamanı hücumçusu Tammi Abrahamı satmağı planlaşdırır.
Aut.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu 26 yaşlı ingilis futbolçunun transferindən 30 milyon avro qazanmağı hədəfləyir.
Abraham dizindəki çarpaz bağın yırtılması səbəbindən demək olar ki, cari mövsümün böyük hissəsini buraxıb. Forvard bütün turnirlərdə cəmi 6 oyun keçirib və 1 qol vurub.
