İngiltərə

Lempard bu mükafata namizəd oldu

“Çelsi”nin və İngiltərə millisinin keçmiş futbolçusu Frank Lempardın adı Çempionshipdə ilin ən yaxşı məşqçisi nominasiyasına namizəd olaraq daxil edilib.

Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Lempard bu liqada çıxış edən “Koventri”ni çalışdırır. Ona rəqabət aparacaq məşqçilər arasında “Milluoll”dan Aleks Nil, “Hall Siti”dən Sergey Yakiroviç və “Midlsbro”nun baş məşqçisi Kim Hellberq var. Qaliblər 19 apreldə İngiltərə Futbol Liqasının illik mükafatlandırma mərasimində elan olunacaq.

Lempardın “Koventri”si son 5 oyunda yalnız 4 xal toplasa, 25 ildən sonra ilk dəfə Premyer Liqaya vəsiqə qazanacaq.

Qeyd edək ki, 2025-ci ildə Çempionshipdə ilin ən yaxşı məşqçisi “Bernli”dən Skott Parker seçilmişdi.