İngiltərə

“Arsenal” bu tarixi göstəriciyə çatan ikinci komanda oldu

Noyabrın 23-də Premyer Liqanın 12-ci turunun “Arsenal” – “Nottingem” oyunu keçirilib. Görüş londonluların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Topçular” üçün bu qələbə İngiltərə yüksək divizionunda 2000-ci olub. Bu, turnir tarixində ikinci nəticədir.

Yalnız “Liverpul” daha çox qələbə qazanıb – 2068. Sonrakı yerdə “Mançester Yunayted” (1910), “Everton” (1901), “Aston Villa” (1724), “Mançester Siti” (1597), “Tottenhem” (1509), “Çelsi” (1480) gəlir.

Aut.az