Basketbol

Tarixin ən bahalı müqaviləsini imzalaya bilər

“Dallas Mevriks”in basketbolçusu Luka Donçiç Milli Basketbol Assosiasiyası tarixinin ən böyük müqaviləsini imzalaya bilər.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Sloveniyalı oyunçunun 2023/24 müntəzəm mövsümündən sonra NBA-nın ilk ulduzlu komandasına seçilməsi ona liqa tarixinin ən bahalı müqaviləsini bağlamaq imkanı verir.

Luka 2025-ci ildə təxminən 346 milyon dollar dəyərində beş illik müqavilə imzalaya bilər. Bu halda ilk dəfə olaraq MBA oyunçusunun orta illik maaşı 80 milyon dolları keçəcək.

Bu mövsüm Donçiç normal mövsümdə hər oyuna orta hesabla 33,9 xal, 9,2 ribaund və 9,8 məhsuldar ötürmə ilə yadda qalıb.