Digər

Ən böyük sponsoru BOK-dan imtina etdi

Yaponiyanın avtomobil istehsalçısı “Toyota” Parisdə keçiriləcək Olimpiya Oyunlarından sonra BOK ilə əməkdaşlığı dayandıracaq.

Aut.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Şirkət 2015-ci ildən BOK-a sponsorluq edir. İddia olunur ki, korporasiya bu il başa çatacaq 100 milyard yen (indiki məzənnə ilə təxminən 640 milyon dollar) məbləğində müqaviləni yeniləmək niyyətində deyil.

Eyni zamanda, “Toyota” Paralimpiya Oyunlarına sponsorluq etmək istəyib, lakin BOK bu variantın onlara uyğun olmadığını bildirib.