İspaniya

“Real”dan ayrılmaq istəmir

Müdafiəçi Raul Asensio “Real”dan ayrılmaq istəmir.

Aut.az xəbər verir ki, “Diario AS” nəşrinin məlumatına görə, futbolçu Madrid klubundakı hazırkı vəziyyəti dəyişmək niyyətindədir və rəhbərliyə “Real”a sədaqətinin şübhə doğurmadığını açıq şəkildə çatdırıb. Raul Asensio növbəti mövsümdə də “kral klubu”nun heyətində çıxış etməyi hədəfləyir.

Asensio “Real”ın yetirməsidir. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir. Müdafiəçi cari mövsümdə bütün turnirlərdə 34 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir.