İspaniya

Ançelottidən antirekord

Şənbə günü, fevralın 8-də La Liqanın 23-cü turunda “Real” – “Atletiko” oyunu keçirilib. Görüş 1:1 hesabı ilə başa çatıb.

23 turdan sonra “”Real”ın 50 xalı var. Bu, Karlo Ançelottinin klubda keçirdiyi bütün dövr ərzində mövsümün bu mərhələsində ən aşağı nəticədir.

2013/14 mövsümündə “Real” 57 xal, 2014/15 – 57, 2021/22 – 53, 2022/23 – 52, 2023/24 – 58 xal toplamışdı.

Aut.az