“Braziliyalılar onun ruhunu çıxartdılar”
İngilis jurnalist Sami Mokbel İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqemin Braziliya millisi ilə yoldaşlıq görüşündəki çıxışını şərh edib.
Londondakı “Uembli” stadionunda keçirilən görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
“Braziliyanın strategiyası aydın idi: bütün mümkün vasitələrlə Cud Bellinqemi dayandırın, ona qarşı kobud oynayın, ona işgəncə verin. Lukas Paketa və Bruno Gimaraynş onun ruhunu çıxartdılar.
Bellinqem bunu bir iltifat kimi qəbul etməlidir, baxmayaraq ki, bu, tam olaraq xoş bir hiss deyil. Təbii ki, onun buna alışması lazımdır. Kilian Mbappedən soruşun, Lionel Messidən soruşun, Kriştianu Ronaldodan soruşun”, – Mokbeldən “Daily Mail” sitat gətirib.
Braziliya millisi ilə matçda 20 yaşlı Bellinqem start heyətində meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.
Aut.az
