İngiltərə

Əfsanə onun ən yaxşı seçilməsinə qarşı çıxdı: Digər futbolçular zəif çıxış edəndə…

“Arsenal”ın sabiq qapıçısı Deyvid Siman “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandesın Premyer Liqada mövsümün ən yaxşı futbolçusu seçilməsinə etiraz edib.

Aut.az xəbər verir ki, o, portuqaliyalının fərdi çıxışını yüksək qiymətləndirsə də, komandasının uğursuz mövsüm keçirdiyini vurğulayıb:

“Bruno yaxşı idi, amma mövsümün əvvəlində “Mançester Yunayted” heç də yaxşı durumda deyildi. Komandandakı digər futbolçular zəif çıxış edəndə fərqlənmək daha asandır və vəziyyət məhz belə idi.

Amma David Raya, Deklan Rays və Qabriel Maqalyaes məsələsində komanda bütövlükdə yaxşı oynayırdı, buna baxmayaraq onlar yenə seçilirdilər. Üstəlik, komanda ilə birlikdə titul da qazandılar. Məncə, mövsümün ən yaxşı oyunçusu mükafatını çempion olan komandadan kimsə almalıdır”.

Qeyd edək ki, 31 yaşlı Bruno Fernandes 2025/2026 mövsümündə azarkeşlər və ekspertlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.