Azərbaycan millisi Dünya Çempionatında finala vəsiqə qazandı
Bakıda keçirilən Çövkən üzrə II dünya çempionatın yarımfinal mərhələsində Azərbaycan və Uruqvay milli komandaları qarşılaşıb.
Aut.az xəbər verir ki, yığma rəqib üzərində 3:0 hesablı qələbə qazanaraq və finala vəsiqə qazanıb.
Yarımfinal mərhələsinin digər görüşündə Çili komandası Niger millisi üzərində 1:0 hesablı qələbə qazanıb
Beləliklə, turnirin həlledici görüşündə Azərbaycan və Çili milli komandaları üz-üzə gələcəklər.
