Çempionlar Liqasıİngiltərə

37 il sonra təkrarlan uğursuz start

“Mançester Yunayted”in UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Bayern”lə oyunda (3:4) aldığı məğlubiyyət anti-rekorda səbəb olub.

Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” bu mövsüm keçirdiyi 6 matçda 4 dəfə uduzub. Bununla klub tarixində 1986-cı ildən sonra ən pis start reallaşıb.

İngiltərə nəhəngi sonuncu dəfə məhz həmin ildə mövsümün ilk 6 oyununda 4 dəfə məğlub olub.