“Liverpul” Bundesliqa bazarına boylanır: Əlində bu qədər pul var
“Liverpul” “Leyptsiq”in 22 yaşlı müdafiəçisi Kastello Lyukeb ilə müqavilə imzalamaq istəyir.
Aut.az xəbər verir ki, fransalı futbolçunun müqaviləsində 90 milyon avroluq alış bəndi göstərilsə də, alman klubu onu daha aşağı qiymətə sata bilər.
Mersisaydlıların Lyukeb üçün 50-55 milyon avro məbləğində təkliflər hazırladığı vurğulanır. Müdafiəçinin özü bu yay komanda dəyişməyi hədəfləyib.
Ötən mövsüm Lyukeba bütün yarışlarda 31 oyun keçirib və heç bir qol vurmayıb. Futbolçunun klubla əmək müqaviləsi 2029-cu ilin yayına kimidir.
“Transfermarkt” portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.
Aut.az
