İngiltərə

Əfsanə əmindir: Ona yeni müqavilə təklif olunacaq

İngiltərə yığmasının sabiq futbolçusu Qari Lineker “Liverpul”un oyunçusu Trent Alexander-Arnolda komanda ilə müqaviləsini uzatmağı məsləhət görüb.

“Trent yeni müqavilə imzalayacaq, ümid edirəm. O, böyük klubda oynamağın və komandası üçün kuboklar qazanmağın necə bir şey olduğunu bilir. O, bütün gənclər komandalarından keçib, ona görə də belə oyunçuya qiymət vermək lazımdır.

Trent “Liverpul”da bütün ambisiyalarını reallaşdıra bilər. Mənə elə gəlir ki, klub onu buraxmaq fikrində deyil. Rəhbərliyin ona ehtiyacı olmasaydı, keçən il sata bilərdilər. Əminəm ki, Trentə təkmilləşdirilmiş şərtlərlə yeni müqavilə təklif olunacaq”, – Lineker  deyib.

Trent Alexander-Arnold bu mövsüm Premyer Liqada 8 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Aut.az