Lunyev “Qarabağ”ın düşərgəsinə nə vaxt qayıdır?
Rusiya millisinin qapıçısı Andrey Lunyev yığmanın düşərgəsindən ayrılaraq Azərbaycana qayıdıb.
Aut.az xəbər verir ki, bu barədə “Qarabağ”ın üzvü Rusiya mətbuatına məlumat verib:
“Ötən gecə Bakıya yola düşdüm. Bu gün “Qarabağ”ın düşərgəsində olacağam”.
Qeyd edək ki, “Crocus City Hall” konsert zalında törədilən terror aktı səbəbindən martın 25-də Paraqvayla keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü ləğv edildikdən sonra Rusiya millisi mart ayındakı təlim-məşq toplanışını başa vurub.
Aut.az
