Dünya futbolu

Acı xəbəri çatdırdı: Bətnindəki körpə tələf olub

“Liverpul” və Niderland millisinin futbolçusu Kodi Qakponun sevgilisi Noa van der Bey bətnindəki övladının itkisi ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, Van der Bey sosial media hesabında yazıb:

“Oğlumuzun hamiləlik dövründə tələf olması ilə bağlı dəhşətli xəbəri sınıq qəlblə bölüşürük. Sevginiz və dəstəyiniz üçün təşəkkür edirəm. Elaya Rafael Qakpo. Sevimli. Həmişə bizim oğlumuz olaraq qalacaq.

Şam yandırmaq üçün kilsəyə getdik. Daha sonra oğlumuz Samuel ilə birlikdə kilsənin meydançasına daxil olduq.

Orada yalnız bir uşaq var idi. Onun adı Elaya idi. Tanrıdan bundan gözəl bir işarə ola bilməzdi. O, bizə oğlumuzun həmişə qəlbimizdə olduğunu xatırlatdı”.

Aut.az