Basketbol

Prezidenti yalançı adlandıran 100 min dollardan olar

NBA, “Filadelfiya”nın 33 yaşlı ulduzu Ceyms Hardeni klubun prezidentini “yalançı” adlandırdığı üçün 100 min dollar cərimələyib.

ESPN-in məlumatına görə, cəza daha çox Hardenin Deril  Morinin çalışdırdığı “Seventi Siksers”də  heç vaxt oynamayacağına dair sözləri ilə bağlı olub. Liqa qaydaları oyunçuların açıq şəkildə keçid tələb etməsini qadağan edir.

Liqa Hardenin Çində işlətdiyi ifadələri araşdırıb. Futbolçu liqa müstəntiqlərinə klubun prezidentini “yalançı” adlandırmasının səbəbini açıqlayıb. Ceymsin dediyinə görə, komanda prezidenti müqaviləni bir il uzatdıqdan sonra onu tez bir zamanda başqa komandaya göndərəcəyini vəd edib.

“Filadelfiya” Hardeni heyətdə saxlamaq istəyir.

Aut.az