Mbappe düyününü açdı: Yüz faiz istisna edirəm
Karlo Ançelotti əmindir ki, Kilian Mbappe bu yay “Real”da olmayacaq.
“Mən bunu 100% istisna edirəm. Düşünürəm ki, heyətimiz tamamlanıb, futbolçularımız mövsümü düşünür”, – Madrid klubunun baş məşqçisi bildirib.
Həmçinin italyan Səudiyyə Ərəbistanında transfer pəncərəsinin Avropadan gec bağlanacağından da narahat deyil.
“Kimsə fikrini dəyişə bilər, amma bu məni narahat etmir” , – italyan mütəxəssis deyib.
Daha əvvəl Mbappenin 2024-cü ildə başa çatacaq müqavilənin uzadılması üçün PSJ ilə danışıqlara başladığı bildirilirdi.
Aut.az
