Kateqoriyasız

Lukaku müəmması – Poçettino deyir ki…

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 3-cü turunun “Luton”la oyunu ərəfəsində London klubunun hücumçusu Romelu Lukaku ilə bağlı vəziyyətdən danışıb.

“Vəziyyət dəyişməyib. Mən sizə həmişə deyirəm ki, hər şey ola bilər. Hazırda vəziyyət eynidir. Artıq kluba gələndə hər şey bizə aydın idi. Biz sakitik. Bir şey dəyişərsə, sizə xəbər verəcəyik.

Əgər Romelu və klub həll yolu tapmaq istəsə, rəhbərlik mənə məlumat verəcək. Mən buradayam və vəziyyəti, onun ilkin qərarını qəbul etmişəm. Bu vəziyyətə heç bir şəkildə təsir edə bilməzdim”, – Pochettino oyunöncəsi mətbuat konfransında deyib.

Aut.az