Türkəsilli futbolçu soyadından imtina etdi: Hitlerə görə – FOTOFAKT
“Bavariya”nın və Almaniya millisinin futbolçusu Alara Şehitler formasına öz soyadını yazmaqdan imtina edib.
Aut.az xəbər verir ki, səbəb isə onun nasist Almaniyasının diktatoru Adolf Hitlerin soyadı ilə yazılış baxımından oxşar olması olub.
18 yaşlı Şehitler Almaniyanın Şotlandiya ilə matçında yalnız adı olan forma geyinib. İndi o, həm Almaniya millisində, həm də “Bavariya”da belə çıxış edəcək.
Şehitler Almaniyada alman ana və türk atada anadan olub.
Əlavə edək ki, Millətlər Liqasının Şotlandiya – Almaniya matçı alman futbolçuların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Aut.az

