Pley-off cütləri müəyyənləşdi
Ötən gecə NBA-nın müntəzəm mövsümünün son oyunları keçirilib.
Aut.az xəbər verir ki, bundan sonra pley-off cütləri müəyyənləşib. “Boston Seltiks” 82 matçda 64 qələbə qazanaraq müntəzəm mövsümün qalibi olub. Qərbdə ən yaxşı nəticəni “Oklahoma Siti” göstərib – 57 qələbə.
İlk mərhələdə Şərqdə “Filadelfiya 76ers” – “Mayami Hit” və “Çikaqo Bulls” – “Atlanta Hoks”, qərbdə isə “Nyu Orleans Pelikans” – “Los Anceles Leykers” – “Qolden Steyt Uarriors” – “Sakramento Kinqs” matçları baş tutacaq.
2024 NBA Pley-off oyunları:
Şərq Konfransı
“Boston Seltiks” – 2-ci cütün qalibi
“Nyu York Kiks” – 1-ci cütün qalibi
“Miloki Baks” – “İndiana Peysers”
“Klivlend Kavalyers” – “Orlando Macik”
Qərb Konfransı
“Oklahoma Siti” – 2-ci cütün qalibi
“Denver Naggets” – 1-ci cütün qalibi
“Minnesota Timbervolvs” – “Foniks Sans”
“Los Anceles Klippers” – “Dallas Mevriks”
