Turun oyunlarını neçə azarkeş izlədi?
Azərbaycan Premyer Liqasında XXX turun oyunlarını izləyən azarkeş sayı məlum olub.
Aut.az xəbər verir ki, ən çox azarkeş “Sumqayıt” – “Zirə” oyununda olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşü 4500 tamaşaçı tribunadan izləyib.
Ən aşağı göstərici “Qəbələ” – “Turan Tovuz” oyununda qeydə alınıb – 700 tamaşaçı.
Sumqayıt – Zirə 0:0 (4500 tamaşaçı)
Qəbələ – Turan Tovuz 1:2 (700 tamaşaçı)
Neftçi – Araz-Naxçıvan 3:0 (800 tamaşaçı)
Səbail – Kəpəz 3:3 (900 tamaşaçı)
Sabah – Qarabağ 3:2 (3500 tamaşaçı)
