Basketbol

Əfsanədən etiraf: Onu öldürmək istəyirmiş

Dördqat NBA çempionu, “Şöhrət Zalı”nın üzvü, hazırda basketbol analitiki Şakil O’Nil 2004-cü ildə “Los Angeles Lakers”dən “Mayami Hit”ə keçidi ilə bağlı xatirələrini bölüşüb.

Aut.az xəbər verir ki, Şakil bu xəbəri necə aldığını xatırlayıb:

“Bu gülməli idi, çünki mən “cipsi” yeyir, ESPN-ə baxırdım və eşitdim ki, Mitiç Kupçak (“Leykers”in baş meneceri) Şaq üçün təkliflərə açıq olduğunu söyləyir.

Mən Mitiçlə razılaşacaqdım, and içirəm. Çünki biznesi başa düşürəm, amma bir az hörmət istərdim.

Mən orada oturub balaca Şereflə (O’Nilin oğlu) “cipsi” yeyirəm və o, mənə baxır. Mən isə deyirəm: “Lənət olsun, məni alverə çeviriblər”. Mən bu adamı öldürməyə hazır idim”, – O’Nil “Straight Game” podkastında deyib.

53 yaşlı Şakil O’Nil karyerası ərzində “Orlando Magic”, “Mayami Hit”, “Feniks Suns”, “Klivlend Kavaliers” və “Boston Seltiks”də də çıxış edib.

Aut.az