Tuxel ulduzları niyə milliyə çağırmayıb?
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatının seçmə mərhələsində Andorra və Serbiyaya qarşı keçiriləcək sentyabr oyunları üçün heyəti açıqlayıb.
Aut.az xəbər verir ki, siyahıya 24 futbolçu daxil edilib.
Mütəxəssislər diqqəti əsasən Kouel Palmer və Trent Aleksander-Arnoldun olmamasına çəkirlər. Yayda “Liverpul”dan “Real”a keçən müdafiəçi hələ optimal formada olmadığı üçün milliyə çağırılmayıb. Bukayo Saka isə bud əzələsindəki zədə səbəbindən heyətdən kənarda qalıb. “Çelsi”də çıxış edən Palmer də qasıq nahiyəsindən problem yaşayır.
Əvəzində “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson və “Tottenhem”in sağ cinah müdafiəçisi Çed Spens debüt şansı əldə ediblər. Tomas Tuxelin rəhbərliyi altında ilk dəfə Tino Livramento çağırılıb. Həmçinin Markus Raşford və Adam Uorton da yenidən milliyə dəvət olunublar.
İngiltərə millisinin ÇM-2026 seçmə mərhələsi üçün heyəti:
Qapıçılar: Cordan Pikford, Ceyms Trafford, Din Henderson
Müdafiəçilər: Ris Ceyms, Mark GQehi, Con Stounz, Denni Björn, Ezri Konsa, Maylz Luis-Skelli, Tino Livramento, Çed Spens
Yarımmüdafiəçilər: Elliot Anderson, Morqan Gibbs-Uayt, Cordan Henderson, Adam Uorton, Morqan Rodcers, Deklan Rays
Hücumçular: Harri Keyn, Ebereçi Eze, Cərrod Bouen, Entoni Qordon, Noni Madueke, Markus Raşford, Olli Uotkins
