İngiltərə

“Nyu-York Jets”in sahibi Premyer Liqa klubunu almaq üçün hərəkətə keçdi

NFL klubu “Nyu-York Jets”in sahibi Vudi Conson “Kristal Pelas”ı almağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Biznesmen klubun 43%-lik səhmlərinə sahib olan Con Tekstora 190 milyon funt sterlinq təklif edib. Consonun təklifi “Kristal Pelas”ın Direktorlar Şurası tərəfindən müsbət qarşılanıb və hazırda amerikalı sahibkar tərəfindən qiymətləndirilir.

Qeyd edək ki, UEFA qaydalarına əsasən, eyni şəxsin sahibi olduğu iki klubun Avropa turnirlərində iştirak etməsinə icazə verilmir. Tekstor isə “Kristal Pelas”la yanaşı, Fransanın “Lion” klubuna da sahibdir. Fransa çempionatında “Lion” İngiltərə Premyer Liqasındakı “Kristal Pelas”dan daha yüksək pillədə (6-cı yerə qarşı 12-ci yer) qərarlaşdığı üçün, UEFA qaydalarına görə Avropa Liqasından kənarlaşdırılacaq komanda məhz “Pelas” olacaq.

Aut.az