Çempionlar Liqasıİngiltərə

Rahim tarixə düşdü: İlk ingilis futbolçudur ki…

Cümə axşamı, sentyabrın 19-da Çempionlar Liqasının 1-ci turunun “Atalanta” – “Arsenal” oyunu keçirilib. Görüş 0:0 hesabı ilə heç-heçə başa çatıb.

Aut.az xəbər verir ki, bu oyunda meydana çıxan Rahim Sterlinq İngiltərə futbolunun tarixinə düşüb.

O, Çempionlar Liqasında dörd fərqli klubda oynayan ilk ingilis futbolçu olub.

Sterlinq əvvəllər turnirdə “Liverpul”, “Mançester Siti” və “Çelsi” formasında çıxış edib.

Aut.az