İngiltərə

Qumara görə cəzalanan futbolçu bu tarixdə qayıdır

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali mərc oynadığı üçün 10 aylıq qadağadan sonra avqustun 28-də əsas komanda ilə məşqlərə başlayacaq.

Aut.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti rəsmi saytında məlumat yayıb.

“Tonalinin 10 aylıq rəsmi futbol fəaliyyətlərindən qadağası başa çatdıqdan sonra avqustun 28-də komandaya qayıdacağını açıqlaya bilərik. Klub İtaliya Futbol Federasiyasından futbolçuya qarşı idman sanksiyasının avqustun 27-si daxil olmaqla, çərşənbə axşamına qədər qüvvədə olacağına dair rəsmi təsdiq alıb”, – deyə klubun açıqlamasında bildirilir.

Xatırladaq ki, italyan yarımmüdafiəçi 2023-cü il oktyabrın 27-də cəzalandırılıb. Sandro keçən yay “Milan”dan “Nyukasl”a keçib.

Aut.az