İngiltərə

Salah “Liverpul”da son oyununda da rekord qırdı

Mayın 24-də “Liverpul” Premyer Liqanın son (38-ci) matçında “Brentford”u qəbul edib.

 Oyun 1-1 hesabı ilə başa çatıb. olacaq.

Aut.az xəbər verir ki, hesabı 58-ci dəqiqədə Məhəmməd Salahın ötürməsindən sonra Kertis Cons açıb.

Altı dəqiqə sonra “Brentford” Kevin Şadenin qolu ilə hesabı bərabərləşdirib.

“Liverpul” da son oyununu keçirən Salah Premyer Liqada 93-cü məhsuldar ötürməsini etdib və klubun bütün zamanların ən çox məhsuldar ötürmə edən futbolçusu olub.

O,Premyer Liqada “qırmızılar”ın heyətində 92 məhsuldar ötürmə edən Stiven Cerrardı geridə qoyub.

Aut.az