MY-nin sahibi sualdan belə yayındı: Trampla görüşə gedirəm – VİDEO
“Mançester Yunayted”in sahiblərindən olan Avram Qleyzer klubdakı payını satmaq fikrində olmadığını bildirib.
Aut.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb .
Jurnalistlərdən biri Mayamidə 64 yaşlı amerikalı ilə görüşüb və orada mankunianların potensial tam satışı barədə soruşub. Lakin Qleyzer bir sözlə cavab verib: “Xeyr”.
O, həmçinin hazırda Ratkliffə ünvanlanan tənqidlərlə bağlı da soruşulub. “Qırmızı şeytanlar”ın yeni həmsahibi 250 əməkdaşını işdən çıxarmaqda ittiham olunur. Üstəlik, daha bir ixtisar dalğasının qaçılmaz olduğu bildirilir. Lakin Avram Qleyzer bu suala cavab verməkdən imtina edib.
“Hazırda prezidentlə (red – Donald Tramp) görüşməyə gedirəm. Məncə, hazırda bu barədə danışmaq düzgün deyil”, – deyə o bildirib.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 25 turdan sonra 29 xalla İngiltərə Premyer Liqasının cədvəlində 15-ci yerdədir.
Aut.az
🚨🎥 JUST IN: Avram Glazer says “no” to selling Manchester United after refusing questions on if Sir Jim Ratcliffe has made things worse at the club…
[@SkySportsNews] #MUFC pic.twitter.com/VllTr54DaQ
— Stretford Paddock (@StretfordPaddck) February 19, 2025
